Pəncərə silərkən ikinci mərtəbədən yıxıldı - Şamaxıda

media-hightechnic-468x90

Şamaxı rayonunun Mədrəsə qəsəbəsində qadın yıxılaraq ağır xəsarət alıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü qəsəbə sakini Şamxalova Mahizər Ağadur qızı yaşadığı evin pəncərəsini silən zaman ikinci mərtəbədən yerə yıxılıb.

Ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına ilkin tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, M.Şamxalova ağır kəllə-beyin travması, baş və bədənin müxtəlif dərəcəli əzilmiş yaraları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa