“Pərdə”nin önünə çıxarılan KİLİD ADAM: “Hakan Fidan perspektivdə Ərdoğanın varisi ola bilər” – RƏY

media-hightechnic-468x90

“Fikrimcə, Fidanın xarici işlər naziri qismində fəaliyyəti dövründə Türkiyə daha optimal xarici siyasət həyata keçirəcək”.

Bu fikirləri Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın xarici işlər naziri postuna gətirilməsini dəyərləndirən sabiq təhlükəsizlik zabiti İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Hakan Fidan xarici işlər naziri vəzifəsində də bacarıqlı diplomat kimi özünü ən yaxşı tərəfdən göstərəcək:

“Hətta seçkilərdən əvvəl belə fikirləşirdim ki, Ərdoğan bu seçkilərə qatılmasa, onun komandası daxilində ən layiqli namizəd Hakan Fidandır. Ümumiyyətlə, Fidanın MİT rəhbəri təyin olunduğu 2010-cu ilə qədər ABŞ, Böyük Britaniya, Avstriyada təhsil aldığı və praktik təcrübə keçdiyi yerlərə baxdıqda, eyni zamanda, indiki vəzifəsində həyata keçirdiyi fəaliyyətini qiymətləndirəndə, onun həqiqətən də ən layiqli namizəd olduğuna şübhə yeri qalmır.

Fidanın keçdiyi yolu və dövlətçilik təcrübəsini nəzərə alaraq hesab edirəm ki, Fidan xarici işlər naziri vəzifəsində də bacarıqlı diplomat kimi özünü ən yaxşı tərəfdən göstərəcək. Digər tərəfdən, o, sələfi Mövlud Çavuşoğludan fərqli olaraq, ingilis və bir sıra başqa xarici dilləri mükəmməl dərəcədə bilir. O baxımdan, yenə də yuxarıda vurğuladığım fikrimə qayıdıram ki, Hakan Fidan perspektivdə Ərdoğanın varisi ola bilər.

Fikrimcə, Fidanın xarici işlər naziri qismində fəaliyyəti dövründə Türkiyə daha optimal xarici siyasət həyata keçirəcək. Çavuşoğlu Azərbaycanın dostu olsa da, diqqətə çatdırmaq istədiyi fikri diplomatik tərzdə yox, birbaşa söyləməyə üstünlük verirdi. Bu isə bəzən gözlənilən nəticəni vermirdi. Ona görə Hakan Fidanın yeni vəzifəsini uğurla icra edəcəyi gözləntisi çoxdur”.

A.Zeynalov

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600