Reklam: High Technic
hightechnic

Pərvin Abıyeva müsəlmanları belə təhqir etdi: “...it kəsirlər”

Nədənsə, islami bayramlar özünü “qlamur” hesab edən şəxs və qrupların hədəfində olur. Xüsusilə, Qurban bayramında vegeterianlar belə bu “qlamur” zümrə qədər qoyun-quzu təəssübü çəkmirlər. 

Təəssüf ki, belə bir müqəddəs gündə tanınmış aktrisa Pərvin Abıyevanın “İnstagram”da yazdığı şərh müsəlmanlar üçün arzuolunmazdır. 

Hazırda Çində olan aktrisa bir izləyicisinin “Orada da qurban kəsirlər” sualına “Hə, burada it kəsirlər” cavabını verməsi izləyiciləri arasında da şok yaşatdı. 700 mindən çox izləyicisi olan aktrisa tənqidlərdən sonra üzr istəmək yerinə “Dostumla zarafatımı çox böyütdünüz. Bilmirsiniz ki, burada qurban bayramı olmur” deyərək, özünün haqlı olduğunu isbat etməyə çalışıb. 

Fəqət gözəl olduğu qədər getdiyi ölkə barədə məlumatlı da olsaydı, bilərdi ki, Çində rəsmi məlumatlara görə, 30, qeyri-rəsmi bilgilərə görə, 150 milyon müsəlman yaşayır.  

Eyni zamanda Qurban kimi müqəddəs bir bayramla bağlı etdiyi “zarafat”ı bu kimi bəhanə ilə “yola verə bilməz”. Yəqin ki, etdiyi səhvin fərqində olacaq və düzgün şəkildə müsəlmanlardan üzr istəyəcək. Nəzərə almalıdır ki, hər nə qədər multikulturalist ölkə olsaq da, bu ölkənin dövlət rəhbərliyinin də, xalqının 97 faizinin də dini İslamdır və haram buyurulan it ətinin qurbanla eyniləşdirilməsi hər birimizə qarşı ağır həqarətdir. 

Biz Pərvin Abıyevanın mövzu ilə bağlı üzrünü də yayınlamağa hazırıq. 

www.yenicag.az

18394