Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Pərvin Abıyevanın sevgilisinə ağır itki: Qardaşı vəfat etdi - FOTOLAR

Məşhur aktrisa Pərvin Abıyevanın sevgilisi keçmiş polis leytinantı Murad Abdullayevin 22 yaşlı qardaşı Cavid Abdullayev dünyasını dəyişib.

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, 2019-cu ilin dekabrın 31 yatıb, yuxudan oyanmayan Cavidin cənazəsi Bakıya gətirilib.

Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və hər iki qardaş Murad və Cavid Abdullayevlər Yeni ili Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçiriblər. Mərhumun nədən vəfat etdiyi hələlik naməlumdur.

Bu haqda ilk məlumatı isə “Instagram”da Xəbərçi.az səhifəsi yayımlaylb.

Qeyd edək ki, Murad Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən Daxili İşlər Orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, polis nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

Loading...

www.yenicag.az

1948
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100