PKK-çılar Hakkariyə raket atdı: Şəhid və yaralılar var

media-hightechnic-468x90

PKK terror təşkilatının üzvləri İraqın şimalından Türkiyənin Hakkari vilayətində yerləşən hərbi bazanı hədəf alıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, terrorçular Hakkarinin Çukurca rayonunda yerləşən Zəngil təpəsinə raket atıb. Hadisə nəticəsində bir əsgər şəhid olub, 4-ü isə yaralanıb.

TSK hücumdan sonra cavab həmləsi ilə terrorçuları geri çəkilməyə məcbur edib. Həmin bölgəyə əlavə tank və hərbi helikopterlər yönləndirilib.

Yaralanan əsgərlər Hakkari dövlət xəstəxanasına yerləşdirilib.

Hakkari vilayətinin valisi Silahlı Qüvvələrin bölgədə hərbi əməliyyatlara davam etdiyini açıqlayıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600