Deputatlığa namizədlərin siyahısı açıqlandıqca, bir çoxlarının iç üzləri də üzə çıxır.
Yenicag.az xəbər verir ki, kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edən, Kürdüstan Fəhlə Partiyasını dəstəkləyən (PKK) mesajları ilə sosial mediada səs-küy salan Nurlana Cəlil 110 saylı Zaqatala dairəsindən bitərəf namizəd kimi Milli Məclis seçkilərinə namizədliyini irəli sürüb.
Dünyada terrorçu təşkilat kimi tanınan PKK-nı dəstəkləyən Nurlana Cəlilin hansı üzlə Azərbaycanda deputatlığa namizədliyini verir, bəlli deyil. Azərbaycanın Qarabağ boyda problemi ola-ola, erməni terroruna məruz qalan bir ölkənin vətəndaşı necə terrorçu qrupu dəstəkləyir, bu da ciddi suallar doğurur. Bundan əlavə dünyada Azərbaycanın haqq sözünü deyən, daim ölkəmizin yanında olan Türkiyə qarşı savaş açan, minlərlə günahsız insanı qətlə yetirən bir terror təşkilatına rəğbət göstərmək təbii ki, heç bir məntiqə sığmır.
Maraqldır ki, bu xanımı dəstəkləyənlər arasında sosial şəbəkədə tanınan aktivist Bəxtiyar Haciyev də olub. Belə ki, Bəxtiyar Hacıyev 31 dekabr tarixində, qeyri-adi bəyanatları ilə tanınan, 110 saylı Zaqatala dairəsindən bitərəf namizəd kimi Milli Məclis seçkilərinə namizədliyini irəli sürən Nurlana Cəlilə dəstək bəyanatı ünvanlayıb.
O Bəxtiyar Hacıyev ki, vaxtilə, hərbi qulluğa qatılmaqdan imtina etdiyi üçün bir müddət həbsxanada yatıb.
Bəxtiyar Haciyevin Nurlana Cəlilə dəstək mesaji sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb, belə ki, bəyanat ciddi tənqid atəşinə tutulub. Mübahisə etməyə və mesajını anlatmağa çalışsa da, Bəxtiyar Haciyev tənqid atəşinə tab gətirməyib, bir neçə saat sonra yayımladığı bəyanatını pozub. Daha sonra B.Haciyev mesajı yazma və onu sonradan pozma səbəbi ilə bağlı heç bir izahat verməyib.
www.yenicag.az