!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polis banka borcu olduğu üçün intihar edib? - Bakıdakı güllələnmənin təfərrüatları

!Reklam – Yazi

Bu gün Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, polis işçisi Rüfət İsmayılov tabel silahı ilə özünü güllələyib. Hazırda yaralı Rüfət Kliniki Tibbi Mərkəzdə əməliyyat olunur.

İlkin araşdırmalar zamanı onun Nəsimi RPİ-nin əməkdaşı və rütbəcə leytenant olduğu məlum olub. Bundan başqa Rüfətin keçmiş polis rəisi, təqaüddə olan Vaqif İsmayılovun oğlu olduğu deyilir.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, şəxsin banklardan birinə borcunu ödəyə bilmədiyi üçün bu addımı atdığı bildirilir. Elə intiharın da həmin bankda gerçəkləşdiyinə dair sosial mediada xəbərlər yayılıb./Ölkə.az/

 

COP29

www.yenicag.az

3425
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv