Polis əməkdaşı yol qəzasında öldü - Xaçmazda

media-hightechnic-468x90

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz-Hacıqurbanoba yolunda baş verib.

1990-cı il təvəllüdlü Məmmədov Adəm Yavər oğlunun idarə etdiyi 50 CM 264 markalı, “VAZ 2107″ markalı maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində A. Məmmədov dünyasını dəyişib.

O, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa