Polis Lerikdə əməliyyat keçirdi - Tutulan var

media-hightechnic-468x90

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin Lerik şəhəri ərazisindəki zibil poliqonunda yerləşən köhnə tikilinin damında gizlətdiyi “AK-74” markalı avtomat, həmin silaha aid daraq, 17 ədəd patron və sellofan bükümdə marixuana aşkarlanaraq götürülüb. N.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600