Polis şübhəlini yaraladı

media-hightechnic-468x90

83762Danimarka hüquq mühafizə orqanları bildiriblər ki, paytaxtın mərkəzindəki kafeyə hücum edənin izinə düşüblər.

Yenicag.az xəbər verir ki, bunu polis qüvvələri mətbuat konfransı zamanı bildirib. Polisin dəmir yolu stansiyası tərəfdə şübhəli ilə atışmaya düşdüyü deyilir.

Brifinq zamanı hüquq mühafizə orqanları xəbər veriblər ki, polislə atışma zamanı güman edilən cinayətkar yaralanıb.

Xatırladaq ki, Danimarkanın paytaxtı Kopenhagendə sinaqoqda atışma zamanı 1 nəfər həyatını itirib, iki polis isə güllə yarası alıb. Atəş açmaqda şübhəli bilinən isə hadisə yerindən qaçmağa macal tapıb. Hadisə yerinə ordu qüvvələrinin cəlb edilib.

Son baş verənlərlə əlaqədar olaraq Kopenhagen polisi təhlükəsizlik naminə insanlara evlərini tərk etməməyi tövsiyyə edir. Bu barədə yerli hüquq mühafizəçilərinin tvitter səhifəsində qeyd edilir. Şəhərdə şübhəlinin tutulması ilə əlaqədar olaraq genişmiqyaslı əməliyyata start verilib.

Qeyd edək ki, bu hadisədən bir neçə saat əvvəl daha bir terror aktı həyata keçirilmişdi. Hadisələrin bir-biri ilə əlaqəsi müəyyənləşdirilir. Hadisənin detalları araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600