!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polkovnik Şuşanın alınmasından DANIŞDI: “Düşmənin əsas qorxusu oranı itirmək idi”

!Reklam – Yazi

“Şuşanın azad olunması və bu tarixin 8 Noyabr – Zəfər Günü kimi qeyd olunması tarixi bir hadisədir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ehtiyatda olan polkovnik 8 Noyabr – Zəfər Gününün 4-cü ildönümü ilə bağlı təəssüratlarını bölüşüb.

Onun sözlərinə görə, bu qalibiyyət Azərbaycan ordusunun möcüzəsi idi.

“Çünki Şuşa alınmaz bir qaladır, lakin Azərbaycan əsgəri keçilməz sıldırım qayaları aşaraq, illərdir düşmən tərəfindən qurulan müdafiə xətlərini yararaq imkansız olan bir prosesi reallaşdırdı. Şuşanın işğaldan azad olunmasında motivasiya çox böyük rol oynayır. Çünki cəbhədə vuruşanlarla yanaşı, Azərbaycan xalqı da inanırdı ki, bu həsrət sona çatacaq”, – deyə o qeyd edib.

Hərbi ekspert Şuşanın azad olunmasında Xüsusi Təyinatlı Qüvvələrin rolunun böyük olduğunu da bildirib:

“Adından da göründüyü kimi xüsusi plan çərçivəsində hazırlanan bu igidlər Azərbaycanın hərb tarixinə yeni bir zəfər yazdılar. Bu zəfər və hərbi taktikalar dünya istənilən ölkəsində yüksək qiymətləndirilir. Elə məhz bununla əlaqədar dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin sabit komandanı, müdafiə nazirinin müavini Hikmət Mirzəyevi general-polkovnik hərbi rütbəsi ilə təltif etdi”.

Polkovnikin sözlərinə görə, düşmənin əsas qorxusu Şuşanı itirmək idi.

“Çünki Şuşa düşmənin əsas müdafiə strategiyası olub. Əgər düşmən tərəfi Şuşanı itirsə, o zaman digər ərazilərdə asanlıqla Azərbaycan ordusu tərəfindən azad olunacaq idi ki, məhz elə də oldu. Artıq bu gün Şuşada Azərbaycan əsgəri dayanır, artıq Şuşa Azərbaycanın ayrılmaz bir hissəsinə çevrilib. 8 Noyabr Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm və Qarabağ uğrunda öz qanları ilə tarix yazan şəhidlərimizə Allahdan rəhmət diləyirəm”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

COP29

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv