!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Polşa rəsmən DÇ-2018-də!

!Reklam – Yazi

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək daha bir komandanın adına rəsmən aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, Polşa da mundiala vəsiqəni təmin edib.

Seçmə mərhələnin Avropa zonası üzrə E qrupunda Danimarka, Çernoqoriya, Rumıniya, Ermənistan və Qazaxıstanla mübarizədə bütün rəqiblərini qabaqlayan polşalılar 10 tur ərzində 8 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət sayəsində 25 xal qazanıblar. Ən yaxın izləyicisi Danimarkanı 5 xal qabaqlayan Polşa yığması qrup qalibi kimi DÇ-yə birbaşa vəsiqə əldə edib.

Qeyd edək ki, Polşa DÇ-2018-ə vəsiqə qazanan 14-cü komandadı. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya və Kosta-Rika yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

www.yenicag.az

1507
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv