Polşada “Azərbaycan muğamı” adlı konsert keçirilib

media-hightechnic-468x90

1409928649Azərbaycanın Polşadakı səfirliyi və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Varşava şəhərində yerləşən Saska Kempa Mədəniyyət Mərkəzində “Azərbaycan muğamı” adlı konsert təşkil olunub.
Səfirlikdən  bildiriblər ki, Azərbaycan diasporunun 150 nəfər təmsilçisi, Polşa Xarici İşlər Nazirliyinin əməkdaşları, Pruşkuv Rayon İcra Hakimiyyətinin başçısı və idarə heyətinin üzvləri, Nadajın qəsəbəsinin şura rəhbəri və Varşava ictimaiyyətinin üzvləri konsert proqramını izləmişlər.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov və Pruşkuv Rayon İcra Hakimiyyətinin başçısı Eljbieta Smolinskaya konsertdən əvvəl çıxış edərək ölkələrimiz arasında əlaqələrdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan və aparılan quruculuq işlərindən danışıblar.
Bakı şəhərinin Xəzər rayonunu təmsil edən incəsənət xadimləri konsertdə bir saat ərzində Azərbaycan muğamını ifa ediblər. Həmçinin milli rəqslərimiz iştirakçıların marağına səbəb olub. Konsert yallı rəqsi ilə yekunlaşıb.
Sonda Polşa və Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət verilib. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600