!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Polşada balıq ovlama turniri: İdmançılarımız layiqli mübarizə apardılar - FOTO

!Reklam – Yazi

“International Surfcasting Friendship Cup” çərçivəsində Polşanın Vladislava şəhəri Baltik dənizi sahilində “International Surfcasting Maver Cup Poland” adlı surfkast növü üzrə balıq ovlama turniri təşkil olunub.

Yenicag.az xəbər verir ki, turnirdə Azərbaycan, Yunanıstan, Polşa, İtaliya və Şimali Kipr Dövlətindən 36 komanda ümumilikdə 72 idmançı iştirak edərək məharətlərini nümayiş ediblər.

Balıqçılar Baltik dənizi sahilində ümumilikdə iki etap üzrə 10 saat yarışıblar.

Azərbaycan bu turnirdə iki komanda dörd idmançı Mehdi Mehdiyev, Çingiz Qəniyev Vüqar Mirzəyev və Elbrus Əsədullayev təmsil edib.

Ölkəmizi ilk dəfədir ki, beynəlxalq idman balıq ovu turnirində təmsil eden idmançılarımız layiqli mübarizə aparıblar.

İndividual növdə Mehdi Mehdiyev tutduğu balıqlarla xal toplayaraq qaliblər kürsüsünə çıxıb.

M.Mehdiyev 72 idmaçı arasında 164 xal toplayaraq üçüncü yeri tutub və bayrağımızı dalğalandırıb.

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv