Polşada saxta avro hazırlayan şəbəkə ifşa olundu

media-hightechnic-468x90

Polşada 360 milyon avro dəyərində saxta banknotların istehsalının qarşısı alınıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Daxili Təhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, keçirilən əməliyyatla mütəşəkkil cinayətkar qrup ifşa olunub. Qeyd olunub ki, saxta pulların bir qisminin Ukrayna bazarlarında reallaşdırılması nəzərdə tutulubmuş.

Agentliyin əməkdaşları dörd şübhəli şəxsi saxlayıblar. Axtarışlar zamanı əskinasların istehsalı üçün peşəkar şəkildə təchiz edilmiş avadanlıqların olduğu məkanlar aşkar edilib.

Hadisə yerindən təxminən üç ton xüsusi kağız, mühafizə nişanlarının detalları və saxta pulların keyfiyyətini (o cümlədən bankomatlarda) yoxlamaq məqsədilə istifadə edilən sınaq əskinasları götürülüb.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif valyutalarda nağd pullar, kolleksiya sikkələri, silah və döyüş sursatları müsadirə ediblər. Məlumata görə iş üzrə təqsirləndirilən şəxsləri 25 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

media-84jakeabarlew15bccsfxedway25t39bvmpruirt_640 media-orhzz0vgbboclrni7nreveet5chbf1rqyd7oosve_640

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05