Polşanın Baş naziri Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərdi

media-hightechnic-468x90

Polşanın Baş naziri Mateuş Moravetski keçmiş prezident Mixail Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərib.

Yenicag.az xəbər verir ki, o, bu barədə çərşənbə günü öz tviter səhifəsində yazıb.

“Biz dostlarımızı darda qoymuruq. Mənim xahişimlə həkimlərdən ibarət yardım qrupu Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin hərtərəfli tibbi müayinəsinə başlayıb”, – Moravetski yazıb.

Qeyd edək ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600