Poroşenko məhkəmədə yuxuya getdi - ANBAAN VİDEO

media-hightechnic-468x90

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ölkəsinə qayıdıb.

Yenicag.az xəbər verir  ki, “dövlətə xəyanət” və “terrorçulara yardım etmək” maddələri  ilə ittiham olunan Poroşenkonun Peçerski Rayon Məhkəməsində  işinə  baxılıb. 

Belə  ki, Kiyevə qayıdan kimi hakim qarşısına çıxarılan keçmiş prezident dinləmə zamanı yuxuya gedib. Həmin anlar anbaan kameralara əks olunub.

Digər tərəfdən, Pyotr Poroşenkonun məhkəməsi davam edərkən, prokurorluğun Poroşenko üçün 35 milyon dollar girov tələb etdiyi bildirilib.Peçerska Məhkəməsi Poroşenkonun Donbas bölgəsində separatçılarla əlaqəsi olduğunu və onlara maliyyə dəstəyi verdiyini əsas gətirərək həbs qərarı istəyib.

Ukrayna Dövlət İstintaq Bürosu isə Poroşenkonun barəsində həbs qərarı hazırlandığını öyrəndiyini və bunun üçün xaricə qaçdığını iddia edib./Unikal/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa