Poroşenko Obama ilə görüşdü
Prezident NATO-nun Uels sammitindən əvvəl dünya liderlərini Ukraynadakı vəziyyətlə məlumatlandırıb
Dünya liderləri Uelsdə keçiriləcək NATO sammitindən əvvəl Ukrayna prezidenti Petro Poroşenko ilə görüşəcək.
Ukrayna prezidenti Petro Poroşenko NATO-nun Uels sammitindən ABŞ prezidenti Barak Obama və Aİ liderləri ilə görüşüb.
Poroşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlarını dünya liderləri ilə müzakirə edib.
Sammitin sonunda Şərqi Avropanı Rusiya aqressiyasından qorumaq üçün NATO-nun yeni hərbi qüvvələr yaradılması gözlənilir.
Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı sammitdə NATO-ya üzv və qeyri-üzv ölkələrin dövlət başçıları iştirak edəcək. BMT və Avropa İttifaqından olan yüksək vəzifəli şəxslərlə yanaşı, sammitə ISAF-da iştirak edən ölkələrin, Əfqanıstan və Yaponiyanın dövlət başçıları da qatılıb.
4-5 sentyabr tarixlərində baş tutacaq sammitdə cari və gələcək təhlükəsizlik çağırışlarına dair qərarlar qəbul ediləcək. Sammitin gündəliyinin əsas mövzuları Ukraynada baş verən hadisələr, Yaxın Şərqdə və Şimali Afrikada artmaqda davam edən ekstremizm və məzhəb qarşıdurmaları olacaq.