Portuqaliyalı məşqçi Canni De Byaziyə rəqib oldu

media-hightechnic-468x90

Portuqaliyalı mütəxəssis Paulu Bentu Polşa millisinin baş məşqçisi postu uğrunda mübarizədə Azərbaycan yığmasının çalışdırıcısı Canni De Byaziyə rəqib olub.

Yenicag.az xəbər verir ki, Cənubi Koreya seçməsinin sabiq baş məşqçisi Polşa Futbol Assosiasiyası (PZPN) ilə bununla bağlı təmasa keçib.

Bildirilib ki, De Byazi kimi, Bentu da Polşa yığmasının sükanı arxasına keçməkdə maraqlı olduğundan, öz xidmətini PZPN-ə təklif edib. Hazırkı baş məşqçi Çeslav Mixneviçin ilin sonuna qədər olan müqaviləsini yeniləməmək qərarına gələn yerli assosiasiya namizədlər arasında seçim aparır.

Qeyd edək ki, Paulu Bentunun rəhbərlik etdiyi Cənubi Koreya millisi Qətərdə keçirilən dünya çempionatında qrupdan çıxsa da, 1/8 final mərhələsində Braziliya seçməsinə 1:4 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra 53 yaşlı çalışdırıcı istefa verib./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa