19:21
Prezident İlham Əliyev Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, 2019-cu ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olur.
Soltan Hacıbəyov xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaratmışdır. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri vardır. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirmişdir. Soltan Hacıbəyov respublikanın mədəni və ictimai həyatında daim yaxından iştirak etmiş, pedaqoq kimi gənc kadrların hazırlanması istiqamətində uzun illər səmərəli fəaliyyət göstərmişdir.
Mədəniyyət Nazirliyinə tapşırılır ki, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, SSRİ Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
***
İlham Əliyev “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1528-VQD nömrəli Qanununun tətbiqi və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1528-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. geoloji parklar haqqında ümumi əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 506; 2003, № 10, maddə 546) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci abzasa “hissələrində” sözündən sonra “, 40-1-ci maddəsinin üçüncü və dördüncü hissələrində” sözləri əlavə edilsin;
3.2. üçüncü və dördüncü abzaslara “biosfer qoruqlarına” sözlərindən sonra “, geoloji” sözü əlavə edilsin;
3.3. beşinci abzasda “biosfer qoruqları” sözləri “biosfer qoruqlarına, geoloji” sözləri ilə əvəz edilsin;
3.4. altıncı abzasda “və 21-ci maddəsinin dördüncü hissəsində” sözləri “, 21-ci maddəsinin dördüncü hissəsində və 40-1-ci maddəsinin üçüncü hissəsində” sözləri ilə əvəz edilsin”.
***
20:35
İlham Əliyev “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmanda qeyd edilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci, 2.1-ci və 3.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 1.1-ci, 2.1-ci və 3.2-ci maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir”.
***
İlham Əliyev ““Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 749 nömrəli və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 dekabr tarixli 167 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 6-cı hissəsinə uyğun olaraq, patentin alınması barədə iddia sənədinə aid tələbləri üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 10-cu hissəsinin dördüncü abzasına uyğun olaraq, iddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 5-ci hissəsinin ikinci abzasına uyğun olaraq, dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına uyğun olaraq, ixtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 505; 2003, № 10, maddə 571; 2004, № 7, maddə 526; 2009, № 4, maddə 226; 2010, № 12, maddə 1064; 2012, № 7, maddə 679; 2014, № 7, maddə 798) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin beşinci abzasında, 4.2-ci maddəsində, 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 2-ci hissəsində (birinci halda), 6-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında, 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında, 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 3-cü hissəsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında, 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddəsinin 1-ci (hər iki halda) və 3-cü hissələrində, 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında (hər iki halda) və 8-ci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin 1-ci və 2-ci hissələrinin birinci abzaslarında, 3-cü hissəsinin birinci abzasının birinci (hər iki halda) və ikinci cümlələrində, ikinci abzasının ikinci cümləsində, 4-cü və 5-ci hissələrində, 6-cı hissəsinin ikinci abzasında, 7-ci hissəsinin birinci abzasının birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 29-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci abzasında və dördüncü abzasının ikinci cümləsində, 6-cı hissəsində, 10-cu hissəsinin birinci və ikinci abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci və dördüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 38-ci maddəsinin 1-ci hissəsində, 39.2-ci maddəsində (birinci halda), 41-ci maddəsinin birinci, ikinci və üçüncü abzaslarında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsində (ikinci halda), 6-cı maddəsinin 2-ci hissəsində, 10-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində, 17-ci maddəsinin 2-ci hissəsində, 18-ci maddəsinin birinci cümləsində, 20-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 25-ci maddəsində, 27-ci maddəsinin 6-cı hissəsində, 29-cu maddəsinin 10-cu hissəsinin dördüncü abzasında, 30-cu maddəsinin 5-ci hissəsinin ikinci abzasında və 7-ci hissəsinin birinci abzasının ikinci cümləsində, 32-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasında, 39.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və müvafiq sahə (sahələrarası) mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.4. həmin Qanunun 1-ci maddəsinin beşinci abzasında, 4.2-ci maddəsində, 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 2-ci hissəsində, 6-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında, 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında, 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 3-cü hissəsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında, 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddəsinin 1-ci hissəsində (hər iki halda) və 3-cü hissəsində (birinci halda), 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında (hər iki halda) və 8-ci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin 1-ci və 2-ci hissələrinin birinci abzaslarında, 3-cü hissəsinin birinci abzasının birinci (hər iki halda) və ikinci cümlələrində, ikinci abzasının ikinci cümləsində, 4-cü, 5-ci hissələrində, 6-cı hissəsinin ikinci abzasında, 7-ci hissəsinin birinci abzasının birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 29-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci abzasında və dördüncü abzasının ikinci cümləsində, 6-cı hissəsində, 10-cu hissəsinin birinci və ikinci abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci və dördüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 38-ci maddəsinin 1-ci hissəsində, 39.2-ci maddəsində, 41-ci maddəsinin birinci, ikinci (hər iki halda) və üçüncü abzaslarında “qurum” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.”.
4. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 499; 2002, № 1, maddə 14; 2003, № 10, maddə 571; 2006, № 9, maddə 743; 2009, № 4, maddə 226, № 12, maddə 984; 2012, № 7, maddə 680; 2014, № 6, maddə 651) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və üçüncü abzaslarında, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci və dördüncü cümlələrində, üçüncü hissəsinin ikinci cümləsində və beşinci hissəsində, 11-ci maddəsinin birinci (ikinci halda) və beşinci hissələrində, 14-cü maddəsinin altıncı hissəsində, 15-ci maddəsinin birinci hissəsində, 16-cı maddəsində, 17-ci maddəsinin birinci və dördüncü hissələrində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci və beşinci hissələrində, 20-ci maddəsinin birinci hissəsində, 21-ci maddəsinin birinci və beşinci hissələrinin birinci cümlələrində, 22-ci maddəsinin birinci hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 26-cı maddəsinin doqquzuncu hissəsində (ikinci halda), 28-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, beşinci və on üçüncü hissələrinin birinci cümlələrində, 30-cu maddəsinin birinci hissəsində, 31-ci maddəsinin birinci hissəsinin birinci abzasında və 35.2-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin “ğ” bəndində, 9-cu maddəsinin on dördüncü hissəsində, 11-ci maddəsinin birinci hissəsində (birinci halda), 17-ci maddəsinin beşinci hissəsində, 19-cu maddəsinin altıncı hissəsində, 20-ci maddəsinin ikinci hissəsində, 28-ci maddəsinin beşinci hissəsinin dördüncü cümləsində, doqquzuncu hissəsində və on üçüncü hissəsinin ikinci cümləsində, 35.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 3-cü maddəsinin birinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və üçüncü abzaslarında, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci və dördüncü cümlələrində, üçüncü hissəsinin ikinci cümləsində və beşinci hissəsində, 11-ci maddəsinin birinci və beşinci hissələrində, 14-cü maddəsinin altıncı hissəsində, 15-ci maddəsinin birinci hissəsində, 16-cı maddəsində, 17-ci maddəsinin birinci və dördüncü hissələrində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci və beşinci hissələrində, 20-ci maddəsinin birinci hissəsində, 21-ci maddəsinin birinci və beşinci hissələrinin birinci cümlələrində, 22-ci maddəsinin birinci hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 26-cı maddəsinin doqquzuncu hissəsində (əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatı ilə əlaqədar), 28-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, beşinci və on üçüncü hissələrinin birinci cümlələrində, 30-cu maddəsinin birinci hissəsində, 31-ci maddəsinin birinci hissəsinin birinci abzasında və 35.2-ci maddəsində “qurum” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur;
2.4. həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir;
2.5. həmin Qanunun 9-cu maddəsinin yeddinci hissəsinin beşinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.6. həmin Qanunun 26-cı maddəsinin doqquzuncu hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması ilə əlaqədar kənd təsərrüfatı məhsullarına münasibətdə (qida məhsulları istisna olmaqla) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, qida məhsulları ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, müalicə-sağlamlaşdırma yerləri və təbii müalicə ehtiyatları ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, xalq sənətkarlığı məmulatları ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.
5. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 167 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1013) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“1.6. həmin Qanunun 9.1-ci, 10-cu, 11-ci və 12.1-ci maddələrində nəzərdə tutulmuş orqanı (qurumu) müəyyən etsin;”;
5.2. 2.1-ci bənddə “5.0.5-ci maddəsində və 8.2-ci maddəsində” sözləri “5.0.5-ci, 8.2-ci” sözləri ilə əvəz olunsun və həmin bəndə “hissəsində)” sözündən sonra “, 9.1-ci, 10-cu (birinci halda), 11-ci (ikinci halda) və 12.1-ci maddələrində” sözləri əlavə edilsin”.
***
21:43
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1522-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1477-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1477-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
www.yenicag.az