Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Yenicag.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası bu görüş vasitəsiylə rəsmi hesabından Makronun keçən ay Ərdoğan barədə söylədiyi sözlərə də cavab verib. Belə ki, fransızca yayımlanan mesajda bildirilib ki, Türkiyə prezidenti ilə görüşmək bir dəyərdir.
Prezident Administrasiyasının Rabitə şöbəsinin müdiri Mücahit Küçükyılmaz twitter səhifəsində fransızca paylaşım edərək, istehza ilə bildirib:
“Prezident Ərdoğan “dünya lideri” Makronla bir dəfə də görüşdü”.
Qeyd edək ki, Fransa prezidenti “Le Point” jurnalına müsahibəsində dünya liderliyinin o qədər də yaxşı olmadığını qeyd etmiş və buna səbəb kimi hər 10 gündənbir Ərdoğanla danışmaq məcburiyyətində qaldığını göstərmişdi.
www.yenicag.az