Prezident Bakı İdman Sarayında görülən işlərlə tanış olub

media-hightechnic-468x90

Ilham Aliyev sefer 090512Dövlət başçısı Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə də maraqlanıb.

Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva fevralın 3-də “Bakubus” MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində, Bakı İdman Sarayında görülən işlərlə tanış olublar.

Dövlət başçısına avtobus deposu və təlim mərkəzində aparılan işlər barədə məlumat verilib.

Prezident Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə də maraqlanıb.

Sonra prezident və xanımı ilk Avropa Oyunlarında iştirak edən yüksək səviyyəli qonaqların daşınması üçün alınan “Mercedes” markalı mikroavtobuslara baxıblar.

Prezidentə “Bakubus” MMC-nin İVECO markalı yeni avtobusları barədə də məlumat verilib, bildirilib ki, ilkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb.

Daha sonra dövlət başçısı və xanımı Bakı İdman Sarayında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600