!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident “Diqlas”dakı yanğın ilə bağlı tapşırıq verdi - Kompensasiya ödəniləcək - VİDEO

!Reklam – Yazi

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğında zərərçəkən icarədarların rəsmilərlə növbəti görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edib.

Hüseyn Mövsümov məsələnin ölkə rəhbərinin diqqətində olduğunu bildirib: “Prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək. Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Dövlət ziyanı sizə ödəyəcək, növbəti mərhələdə isə həmin obyektin sahibləri dövlət qarşısında cavab verəcək. Sadəcə səbrli olun, heç bir təxribata uymayın. Hər birinizin haqqı müdafiə olunacaq. Bundan əmin ola bilərsiniz”.

Mövsümov əlavə edib ki, zirzəmidəki mallara ziyan dəyməyib.

www.yenicag.az

11609
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv