Prezident Heydər Əliyevin məzarını ziyarət etdi

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Yenicag.az-ın xəbərinə görə, dövlət başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər və üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600