!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident kabinetinə press-tur: Stereotiplərin dağıdılması, yoxsa təhlükəsizliyə təhdid?

!Reklam – Yazi

“Zelenskinin öz kabinetinin qapılarını jurnalistlərin üzünə açması çox müsbət haldır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında jurnalistləri xidməti kabinetinə buraxaraq, canlı yayımda onları fəaliyyət göstərdiyi məkanla yaxından tanış etməsinin təhlükəsizliklə bağlı problemlərə yol açmasının mümkünlüyünü dəyərləndirən xüsusi xidmətin keçmiş zabiti İlham İsmayıl deyib.

İlham İsmayılın sözlərinə görə, bu addım Ukrayna prezidentinin vəd etdiyi fəaliyyət şəffaflığının təmin olunmasının göstəricisidir: “Dünyanın ən böyük dövləti olan Amerika Birləşmiş Ştatları prezidentinin iqamətgahı olan Ağ Evin elə bir küncü-bucağı yoxdur ki, oranı istər jurnalistlərə, istərsə də qonaqlara nümayiş etdirməsinlər. Bunda təhlükəsizliyə problem yaradacaq heç nə yoxdur. Əsas məsələ nümayiş etdirilən məkanın təhlükəsizliyinin etibarlı şəkildə qorunmasıdır. Əksinə, Ukrayna kimi postsovet dövlətində yeni seçilmiş prezidentin öz kabinetinin qapılarını jurnalistlərin üzünə açması, onları iş şəraiti ilə yaxından tanış etməsi çox müsbət haldır. Sizə xatırladım ki, Zelenski andiçmə mərasimində bütün vətəndaşlara xitabən, “Tək mən deyil, siz hər biriniz prezidentsiz”, – demişdi. Bu, həm də onu göstərir ki, Zelenski Ukraynada Kravçuk, Kuçma və Poroşenkodan qalan sovet dövrünə xas stereotipləri darmadağın etməkdədir. Saakaşvili Gürcüstanda köhnə və yararsız sistemi necə dağıtdısa, Zelenski də Ukraynada o işləri həyata keçirir. Bütün bunları nəzərə aldıqda, əminliklə deyə bilərik ki, Zelenskinin jurnalistləri öz kabinetinə buraxması, çox gözəl atmosferdə onlarla birlikdə olması təqdir olunası addımdır. Başqa sözlə, Zelenski öz çıxışlarında bəyan etdiyini əməlləri ilə də təsdiqləyir. Ukrayna prezidenti demişdi ki, mən açıq insanam, küçədə də sərbəst gəzirəm, kabinetimdə də… O baxımdan, bu hadisə çox müsbət dəyərləndirilməlidir”.

A.Zeynalov

COP29

www.yenicag.az

2810
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv