Prezident rektoru işdən azad etdi - Şöbə müdiri oldu

media-hightechnic-468x90

Prezident İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamla Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minib.

Dövlət başçısının digər sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, F.Əliyeva Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri olan Şirməmməd Hüseynovun qızıdır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600