Prezident və xanımı BMT-nin mənzil-qərargahında - FOTO/YENİLƏNİB

media-hightechnic-468x90

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər.

Yenicag.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.

Qeyd edək ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır. Sessiya sentyabrın 30-dək davam edəcək.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahına gəliblər.

Yenicag.az həmin anın görüntülərini təqdim edir:





media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa