Prezidentdən 11 milyon manatlıq SƏRƏNCAM

media-hightechnic-468x90

Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05