Tacikistanda azqarlı qış və qarşıdan gələn quraqlıqla bağlı vətəndaşlara xəbərdarlıq olunub.
Ölkə prezidenti İmaməli Rəhmanın başçılığı altında keçirilən iclas zamanı vətəndaşların yay üçün ərzaq və su ehtiyatı toplaması məsləhət görülüb.
Tacikistan vətəndaşlarına məsləhət görülüb ki, özlərinə su ehtiyatı toplasınlar və öz torpaq sahələrini, bağlarını və üzümlüklərini doyunca sulasınlar.
Ölkə rəhbərliyi vətəndaşlardan özlərinə ərzaq toplamağı xahiş edib. “Artıq bir neçə ildir ki, biz vətəndaşlardan xahiş edirik – 2 illik ərzaq ehtiyatı toplayın. Bu çox vacibdir”.
İmaməli Rəhman ölkə iqtisadiyyatındakı mənfi tendensiyaları milli valyutanın devalvasiyası və qonşu ölkələrdəki sosial-iqtisadi göstəricilərin pisləşməsi ilə əlaqələndirib.
Tacikistan valyutası somoni ötən il 24,1% ucuzlaşıb.(modern)
www.yenicag.az