Prezidentdən müğənniyə dəstək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan qatıldığı bir toyda müğənni Niran Ünsala dəstək nümayiş etdirib.
“Aysha” jurnalı üçün çəkdirdiyi şəkillər və verdiyi açıqlamalar səbəbindən tənqidlərə tuş gələn gənc müğənni Türkiyə prezidenti ilə görüşünü belə xatırlayıb:
“Onların səmimilikləri məni inanılmaz dərəcədə xoşbəxt etdi. Nəyin nə olduğunu çox yaxşı analiz etmişlər, bu mənim üçün çox əhəmiyyətli idi. Ərdoğan “dik duruşunu pozma, seninləyik” dedi. Son dövrdə yaşadıqlarımdan sonra aldığım ən gözəl mesajdı”.
(anspress.com)