!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentdən Naxçıvan dəhlizi ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

“Naxçıvana aparan dəhliz İranı Ermənistandan ayırmayacaq və heç kimin maraqlarına zərər vurmayacaq”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində bu dəhlizlə bağlı iranlı mütəxəssislərin səsləndirdiyi narahatlığa dair bu ölkə jurnalistinin verdiyi sualı cavablandırarkən deyib.

“Sərhədlərlə bağlı narahatlıqlara gəldikdə, bu narahatlıqlar tamamilə əsassızdır. Müharibədən sonrakı dövrün əvvəllərində bəzi narahatlıqlar var idi. İranın yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana səfər etdi. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və xarici işlər nazirinin müavini Abbas Əraqçı ilə nəzər nöqtələrimizi ətraflı müzakirə etdik. Ortaq zəmin tapdıq. İranın nümayəndə heyəti daha sonra Rusiyaya, Türkiyəyə səfər etdi, eyni məsələni müzakirə etdilər və tam konensusa nail oldular. İran bu layihəni və həmçinin “3+3” formatını dəstəkləyir”, – prezident bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu İranı heç bir şəkildə Ermənistandan ayırmayacaq, bu dəmir yollarının, yolların birləşməsi olacaq: “Yəni onları heç bir şəkildə ayırmayacaq, kiminsə maraqlarına zərər verməyəcək. Əksinə, İranın Naxçıvan dəmir yolu ilə Yerasxa, Ermənistana çıxışına imkan verəcək. Bu layihədə İranın bizə tam dəstək verdiyini düşünürəm”.

COP29

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv