Prezidentdən sərt qadağa

media-hightechnic-468x90

86400Rusiyanın dövlət orqanlarının istifadə etdiyi informasiya sistemlərinə aid texniki vasitələrin xaricdəki serverlərdə yerləşdirilməsi 2015-ci il, iyulun 1-dən etibarən qadağan edilir.

Bu qadağaları rəsmiləşdirən müvafiq qanun Rusiya prezidenti Vladimir Putin tərəfindən dekabrın 31-də imzalanıb. Həmin sənəd “İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması haqqında” Rusiya Federasiyası qanununun bir sıra maddələrinə dəyişikliklər edilməsini nəzərdə tutur.

“Dövlət orqanları, yerli özünüidarə orqanları, unitary dövlət və bələdiyyə müəssisələri, dövlət və bələdiyyə qurumları tərəfindən istifadə olunan informasiya sistemlərinin bütün texniki vasitələri yalnız Rusiya Federasiyasının ərazisində yerləşdirilməlidir” – deyə dekabrın 31-də rəsmi mənbələrdə dərc edilmiş sənəddə bildirilir.

Qanunun bu tələbini pozanlar sərt şəkildə cəzalandırılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa