Prezidentin köməkçisi vəzifələrindən biri ləğv edildi

media-hightechnic-468x90

Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi vəzifəsi ləğv edilib.

Yenicag.az xəbər verir ki, bu, Prezident Administrasiyasının bu gün yenilənən strukturunda əksini tapıb.

Prezident Administrasiyasının 31 may 2017-ci ildə təsdiqlənmiş yeni strukturunda Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yer alıb və bu vəzifəyə indiyə qədər təyinat olmayıb.

Bu gün isə Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi Prezident Administrasiyasının strukturundan çıxarılıb, bu vəzifə Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsi kimi verilib.

Xatırladaq ki, Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsinə Etibar Nəcəfov təyin edilib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600