Prezidentin xanımı futbol oynadı-Foto
Ukrayna prezidenti Pyotr Poroşenkonun həyat yoldaşı futbol oynayıb.
Mariya Poroşenko kimsəsiz uşaqlar üçün olan reabilitasiya mərkəzində olub. Onların ailələrə qaytarılması prosesinin tezləşdirilməsi ilə tanış olub.
Prezidentin xanımı uşaqlara hədiyyələr təqdim edib, onlarla əylənib. O, idman dərsində olan uşaqlarla da görüşüb. Xanım Poroşenko qız şagirdlərlə futbol oynayıb. Qapıda duran birinci xanım ayaqqabılarını da çıxarıb. O, birinci zərbəni məharətlə dəf etsə də, ikinci topu tuta bilməyib.
Görüşdən sonra təəssüratlarını bildirən Mariya Poroşenko “Mən bu uşaqların gözlərində müəllimlərinə, Ukraynaya sevgi gördüm” deyib.