Dünən xəbər yayıldı kı, iyun ayında Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü Rusiyada baş tutacaqdır. Ümumiyyətlə, iyunda baş tutacaq Prezidenlərin görüşündən nə gözlənilir?
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan ictimaiyyətinin diqqəti Prezidentlərin görüşünə çevriləcəkdir. Dünəndən xəbər yayılıb ki, iyun ayında baş tutulması nəzərdə tutulan Prezidentlərin görüşü Sankt Peterburq şəhərində keçiriləcək. Bu gün isə, Rusiya XİN sözcüsü M. Zaxarova yayılan məlumatları təzkib etdi. O bildirdi ki, iyun ayında prezidentlərin görüşü gözlənilir, ancaq görüşün harada olacağı hələ sual altındadır. Görüşün harada olmasından asılı olmayaraq Azərbaycan bu görüşdə ATƏT – in üzvlərindən qətiyyətlilik gözləyir.
Almaniya kansleri A. Merkel də İlham Əliyev ilə görüşündə münaqişənin açarının Rusiyada olduğunu etiraf etdi. Bu Azərbaycan hakimiyyətinin balanslaşdırılmış xarici siyasətinə qarşı olan daxilimizdəki qərbpərəst qruplara bir dərs olmalıdır. Son zamanlar Azərbaycan NATO və Aİ- ilə daha sıx əlaqələr qurmalıdır fikirlərini bildirən bir qrup qərbçilər başa düşməlidirlər ki, İlham Əliyev nə Yanukoviçdir, nə də Saakaşvili. Cənab Prezidentin balanlaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan bu gün beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşdır. Merkel özü demək istəyib ki, Qərbə bel bağlamayın, region Rusiyalıqdır.
Görüş öncəsi Rusiya və ermənilər anlamalıdırlar kı, Azərbaycan prezidenti heç vaxt bir santimetr torpağı belə güzəştə getməyəcək.
İyunda baş tutacaq görüşün nəticəsinə gəldikdə isə, hər şey Rusiyadan asılıdır. Rusiya erməniləri güzəştə getməyə əmr etməsə, onlar status – kvonunun uzadılması ilə məşqul olacaqlar.
Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq güzəştə getmək hakimiyyəti itirmək deməkdir. Ona görə də, Sarkisyan könüllü olaraq konstruktivlik nümayiş etdirib güzəştə getməyəcək.
Dini, regional, mental, siyasi amilləri nəzərə alaraq tam əminliklə deyə bilərəm ki, bu münaqişənin sülh yolu ilə həlli bu gün də, on il sonra da real görünmür…
www.yenicag.az