Prezidentlərin Paris görüşü müzakirə edildi

media-hightechnic-468x90

загруженноеFransanın paytaxtı Parisdə Erməni və Fransa XİN rəhbərləri Edvard Nalbandyan və Loran Fabiusun görüşü keçirilib.

Görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub.

Məlumata əsasən görüş zamanı Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində Fransa və ATƏT-in Minsk qrupu ölkələrinin göstərdiyi konstruktiv mövqeyi yüksək qiymətləndirib.

Nalbandyan və Fabius Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın sonlarında Fransa prezidentinin təşəbbüsü ilə keçiriləcək görüşün hazırlıq məsələlərini də müzakirə edib.

Bundan əlavə Ermənistan və Fransa XİN rəhbərləri bir sıra regional və beynəlxalq məsələləri də müzakirə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600