!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentliyə namizədlərin seçki kampaniyası: "Xüsusi bir yenilik gözləmək lazım deyil"

!Reklam – Yazi

“İlham Əliyevlə rəqabət aparmaq heç də asan deyil”.

Bunu prezidentliyə namizədlərin aparacağı kampaniyanın istiqamətləri barədə fikirlərini bölüşən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, keçiriləcək seçkiləri öncəkilərdən fətqləndirən cəhətlər çoxdur:

“Həm mahiyyətinə, həm də əhəmiyyətinə görə tarixi hadisənin şahidi olacağıq. Çünki bu seçkidə prezident İlham Əliyev Qarabağın qurtarıcısı, Müzəffər Ali Baş Komandan olaraq namizəddir. Onunla rəqabət aparmaq isə heç də asan deyil.

Əsas məqsəd yeni təcrübələr öyrənməkdir. Düzdür, İlham Əliyevin reytinqinə çatan yoxdur. Ancaq bu, digər namizədlərə güclü namizədlə necə rəqabət aparmaq lazımdır praktikasını öyrədəcək.

Hər bir namizədin seçkiyə yanaşması fərqlidir. Bu səbəbdən onların seçki kampaniyasını necə aparacağı hər kəsə maraqlıdır. Namizədlərin sosial şəbəkələrdə və mediada kampaniyasını aparacaq texnoloq komandası var. Əlavə olaraq, PR menecerlerdən də çox şey asılıdır. Ancaq xüsusi bir yenilik gözləmək lazım deyil. Çünki bu namizədləri hər kəs tanıyır”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

2366
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv