!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Pulsuzluq, yoxsa tarixi film bazarında BOŞLUQ - ”Hamısı eşqdən, sevgidən çəkir…” - Namiq Ağayev

!Reklam – Yazi

“Mükəmməl tarixi filmlərin çəkilməsi üçün büdcə və dramaturgiya ən vacib faktordur”.

Bunu nəyə görə Azərbaycanda mükəmməl tarixi filmlərin çəkilməməsi ilə bağlı sualı cavablandırırkən tanınmış rejissor Namiq Ağayev Yenicag.az-a açıqlamasında deyib.

Rejissor Azərbaycanda tarixi filmlərin çəkilməsi üçün maraq olmadığını təəssüf hissi ilə bildirib:

“Bu gün nəinki Azərbaycanda, bütün dünyada tarixi əsərlərin dramaturgiyası tükənməkdədir. İrimiqyaslı tarixi filmlər nadir hallarda çəkilir. Mükəmməl tarixi filmlərin çəkilməsi üçün büdcə və dramaturgiya ən vacib faktordur. Xaqani Əliyev tarixi əsası Akademiya tərəfindən təsdiqlənmiş “İrəvan xanlığı”, “Qarabağ xanlığı” adlı ssenari yazıb. Dəfələrlə lazımi yerlərə müraciət etmişik, amma hələ də bir nəticə yoxdur. Bu filmi çəkib ərsəyə gətirə bilmirik. Bu cür çağırış xarakterli, taktiki strateji əhmiyyət daşıyan belə mövzulara yaxın duran yoxdur. Bu filmlər böyük büdcə tələb edən ekran işləridir. Bizim cəmiyyətdə də kinoya pul verən demək olar ki, yoxdur. Nadir hallarda kimsə öz qohumuna fabrikindən, zavodundan artıq qalan pulu verir. O da eşqdən, sevgidən, orada-burada tapança atmaqdan bir film çəkir. Ümumiyyətlə, ictimaiyyətdə film sahəsinə bir həvəssizlik, biganəlik var. Azərbaycanda əvvəllər kino çəkirdilər. İndi kino çəkən yoxdur şüarı altında sənət dələduzluğu baş alıb gedir”.

“Serial çəkmək film çəkməkdən daha çətindir. Çünki bunun üçün yaradıcı iqtisadi fabrikan olmalıdır ki, daim işləsin”, deyən rejissor seriallardansa filmlərin daha asan başa gəldiyini də vurğulayıb.

Cəvahir

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv