Putin: "ABŞ 15 iyul çevrilişindən xəbərdar idi"

media-hightechnic-468x90

Rusiya Baş naziri Vladimir Putin Türkiyədə baş verən 15 iyul hərbi çevriliş cəhdi barədə danışıb.

media-banner_tkm

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “The Putin Interviews” (Putin müsahibələri) sənədli filmi üçün ABŞ-ın tanınmış rejissoru Oliver Stona müsahibə verən Putin ABŞ kəşfiyyatının 15 iyul hərbi çevriliş cəhdi barədə xəbərdar olması ehtimalından bəhs edib:

“Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan heç vaxt mənə ABŞ-ın çevriliş cəhdində iştirak etdiyini deməyib. Lakin məntiqlə düşündükdə, əgər Gülən həqiqətən çevriliş cəhdində yer alıbsa – ki, bu mövzuda heç bir fikrim yoxdu, ABŞ kəşfiyyatının olan-bitəndən xəbərdar olmamasını təsəvvür etmək çətindir”.

Rusiya prezidenti Türkiyədəki İncirlik hərbi bazasında yerləşən nüvə silahlarından da bəhs edib:

“ABŞ Hərbi Hava Qüvvələri İncirlik bazasında yer alırlar. İncirlikdəki əsgərlər isə çevriliş cəhdində fəal iştirak ediblər. Belə hadisələr yaşananda ağıla bir sual gəlir: Bu nüvə silahlarını başına nə iş gələ bilər?”

Yenicag.az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05