Putin Avropa Oyunlarının açılışında iştirak edəcək
Rusiya prezidenti Vladimir Putin iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.
Bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu ilin iyun ayında prezident Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılır: “Vladimir Putin I Avropa Oyunlarının açılış mərasimində iştirakı edəcək”.
Kremlin mətbuat xidmətindən qeyd olunub ki, Rusiya prezidentinin Azərbaycana səfərinin təfərrüatları barədə ətraflı məlumat veriləcək(apa).