Putin “dost olmayan” ölkələrlə bağlı FƏRMAN imzaladı

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin bəzi xarici dövlətlərin dostca olmayan hərəkətlərinə qarşı iqtisadi cavab tədbirləri haqqında fərman imzalayıb.

“Fərmanla müəyyən edilmiş hüquqi, fiziki şəxslər və onların nəzarətində olan təşkilatlar barəsində xüsusi iqtisadi tədbirlər tətbiq edilir”, – deyə sərəncamda bildirilir.

Belə ki, sənəd cavab sanksiyalarına məruz qalmış xarici fiziki və hüquqi şəxslərlə əməliyyatların aparılmasını və öhdəliklərin yerinə yetirilməsini, habelə həmin şəxslərin xeyrinə ölkədən xammal və məhsulların ixracını qadağan edir.

Hökumətə on gün müddətində aidiyyəti şəxslərin siyahısını hazırlamaq və qadağan aid edilən əməliyyatların müəyyən edilməsi üçün meyarları hazırlamaq tapşırılıb.

Sənəd dərc edildiyi andan qüvvəyə minib və xüsusi iqtisadi tədbirlər ləğv olunana qədər qüvvədə olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600