“Putin istəsə, bir zənglə…”
Avropa Parlamentində gələn ay keçiriləcək seçkilərdə 73 yer üçün mübarizə aparacaq İngiltərədəki siyasi partiyalardan ikisinin liderləri BBS-də canlı verilişdə iştirak edib.
İngiltərə Baş nazir köməkçisi və koalisiya hökumətinin balaca ortağı Liberal Demokrat Partiyanın lideri Nik Kleq ilə Avropa Birliyinə qarşı fikirləri ilə tanınan Birləşmiş Krallıq Müstəqillik Partiyasının (UKİP) başçısı Niqel Feric ölkənin AB-yə üzvlüyünə və Suriya mövzusuna toxunub.
Müzakirədə Niqelin daha əvvəl müsahibə zamanı dediyi sözlər də gündəmə gəlib. O müsahibədə Rusiya prezidenti Vladimir Putinə heyran olduğunu demişdi.
Kleq Putinin istəsə bir zənglə Suriya problemini son qoya biləcəyini dilə gətirəndə Niqel, “Putinə heyran olduğunu demədiyini təkcə rəhbərlik şəklini sevdiyini söylədiyini”, qeyd edib.
Müzakirədən dərhal sonra “YuQov” araşdırma şirkəti tərəfindən edilən açıqlamada iştirakçıların 68%-i müzakirəni Ferecin 27%-i Kleqin qazandığını deyib.
Xatırladaq ki, Birləşmiş Krallıqda Avropa Parlamenti seçkiləri mayın 22-də keçiriləcək(axar.az).