“Putin kimi istəsə, hakimiyyətə də o gətiriləcək”.
“Ermənistanın yeni Baş naziri Seyran Ohanyan ola bilər”.
Bu informasiyanı Ermənistan mətbuatı yazıb.
Mətbuat hazırkı Müdafiə nazirinin bu vəzifəyə şansının daha çox olduğunu bildirib:
“Ermənistanın Müdafiə Naziri Seyran Ohanyan Baş nazirin postuna daha real namizəddir. Bu sırada Robert Köçəryan da ola bilər. İndi bütün nəzərlər Serj Sərkisyandan öncə Moskvaya yönəlib. Putin kimi istəsə, hakimiyyətə də o gətiriləcək”.
Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Tiqran Sərkisyan vəzifəsindən istefa verib.
Onu da xatırladaq ki, bir müddət öncə Ermənistan mətbuatı 2018-ci ildə ölkən prezidentinin Seyran Ohanyan olacağını bildirmişdi. Seyran Ohanyanın bundan öncə isə daha yüksək vəzifəyə gətiriləcəyi qeyd edilmişdi(axar.az).