Putin rejiminin istəyi Ukraynanı məhv etməkdir

media-hightechnic-468x90

hgfhfhfgfgvRusiya prezidenti Vladimir Putin müstəqil Ukraynanı məhv etmək istəyir.

media-banner_tuq

Bunu Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov “Ukraina” telekanalına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, Putin Ukraynadan qorxur, çünki Ukrayna postsovet ölkələrinin əksəriyyəti üçün nümunə ola bilər: “Bizim insanlar hakimiyyəti dəyişib onu büdcə oğrularından təmizləməyi bacardılar. Bu da Putini çox qorxudur”.

Turçinov bildirib ki, Putinin məqsədi təkcə Ukraynanı işğal etmək yox, həm də bütün ölkədə sabitliyi pozmaqdır: “Ölkənin şərqində, xüsusilə Donetskdə sabitliyi pozmaq bütün Ukraynaya zərbə vurmaq deməkdir.

Putin rejiminin əsl istəyi bütün Ukraynanı məhv etməkdir”(axar.az).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05