Putin: “Rusiya və ABŞ heyvan kimi dalaşmaqdan əl çəkməlidir”

Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Yenicag.az rus mediasına istinadən xəbər verir ki, builki mətbuat konfransına ümumilikdə 1600-dən çox jurnalist qatılıb. Konfransda Rusiyanın daxili məsələləri, Suriya problemi, ABŞ-la əlaqələr, Şimali Koreya ilə danışıqlar və s. mövzulara toxunulub.

Rusiya prezidenti 2018-ci ildə keçiriləcək prezident seçkilərinə müstəqil namizəd kimi qatılacağını elan edib. O, həmçinin, müxalifətin güclü olmadığını, sadəcə səslərinin yüksəkdən çıxdığını bildirib.

Putin ABŞ-la münasibətlər barədə isə qeyd edib ki, Rusiya bu ölkə ilə silahlanma yarışına girməyəcək. ABŞ müdafiə sahəsinə Rusiyadan qat-qat çox vəsait ayırır. Rusiya və ABŞ heyvan kimi dalaşmaqdan əl çəkməlidir

Trampın seçki kampaniyasına müdaxilədə günahlandırılan Rusiya prezidenti, bunun sadəcə, ABŞ müxalifətinin ortaya atdığı iddia olduğunu vurğulayıb.

COP29