Putin Ukraynaya humanitar yardım göndərir

media-hightechnic-468x90

77043Rusiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə əməkdaşlıq edərək Ukraynaya humanitar konvoy göndərir.

Bu barədə Rusiya prezidenti Vladimir Putin Avropa Komissiyasının sədri Xose Barrozo ilə telefon danışığında məlumat verib.

Rusiya XİN rəhbəri Lavrov bu köməyin Kiyevlə razılaşdırılmış şəkildə aparıldığını bildirib.

Ukrayna prezidenti Poroşenko isə hal-hazırda humanitar missiyanın Luqanska göndərilməsinin imkanları barədə danışıqlar aparır.

Kreml-in mətbuat xidməti xəbər verir ki, Putin humanitar yardımın göndərilməsini belə izah edib:

“Kiyev hökumətinin cənub-şərq rayonlarında keçirdiyi hərbi əməliyyatların fəlakətli nəticələri və yaranmış böhran münaqişə zonasına humanitar yardımın təcili çatdırılmasını zəruri edir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600