Rusiya prezidenti Vladimir Putin Xəzəryanı ölkələri turizm üzrə mümkün birgə layihələr proqramı hazırlamağa çağırıb.
Yenicag.az xəbər verir ki, o bu təkliflə Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin V sammitində çıxış edib:
“Qeyd edim ki, turizm perspektivli əməkdaşlıq sahəsidir. Beş ölkənin adiyyəti idarələri turizm sahəsində birgə layihələr proqramı hazırlaya bilərlər”.
Rusiya prezidenti onu da bəyan edib ki, Xəzəryanı dövlətlərin xüsusi iqtisadi forumu yaradılacaq:
“Xəzər İqtsadi Forumunun yaradılmasına dair qəbul olunan qərarlar ölkələrimizin işgüzar cəmiyyətləri arasında əlaqələri möhkəmləndirməyə imkan verəcək”.
www.yenicag.az