!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin “hələ başlamamışıq” BLEFİ: “Bu yanaşma gerçək qələbələrin yaratdığı eyforiya deyil” – REAKSİYA

!Reklam – Yazi

“Qərb koalisiyası Rusiyanın normal dövlətə çevrilməsini, dünya üçün təhdid olmaqdan qurtarmasını istəyir”.

Bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin Dövlət Dumasında fraksiya rəhbərləri ilə görüşdə ölkəsinin Ukraynada “hələ ciddi şəkildə heç nəyə başlamadığı”na dair iddiasını şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Putinin bu davranışı proses uzandıqca Rusiyanın resurslarının tükənməsindən qaynaqlanan psixoloji gərginliyin təzahürüdür:

“Putin indiki halda psixoloji gərginlik, təlatüm, məğlubiyyət qorxusu kimi bir neçə əlamətin daşıyıcısı olmaqla yanaşı, həm də özünün “velikorus” şovinizmi, eyni zamanda, dünyada “ikinci qütb” olmaq iddialarından imtina etmədiyini göstərməyə çalışır.

Təbii ki, Putinin qeyd olunan mesajının arxasında “Hədəf sadəcə Ukrayna yox, NATO-dur, beynəlxalq antiRusiya koalisiyasıdır” yanaşması dayanır. Rusiya Prezidenti bununla həm də Qafqaz, Orta Asiya, Yaxın Şərqdə və başqa regionlarda hədəflərinin olduğunu nümayiş etdirir. Yəni Putin məlum ambisiyalarının aktuallığını saxladığını deyir.

Təbii ki, bu yanaşma gerçək qələbələrin yaratdığı eyforiyadan irəli gəlmir, həmçinin proses uzandıqca, Rusiyanın resurslarının tükənməsindən qaynaqlanan psixoloji gərginlikdir.

Əslində, bu gün dünyanın hədəfi Rusiyanın dağılması deyil. Bütün ölkələr Rusiyanın normal dövlətə çevrilməsini, dünya üçün təhdid olmaqdan qurtarmasını istəyir. Mənə belə gəlir ki, proses məhz o istiqamətə yönəlir. Yox, əgər Rusiya yenə bu ampluada qalacaqsa, bu halda, onun yeni risklərə yol açan demontajı da baş verə bilər”.

A.Zeynalov

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv