Moskva Patriarxlığına bağlı olan Ukrayna Pravoslav Kilsəsinin xadimlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu çərçivədə Moskva Patriarxlığına bağlı olan Ukrayna Pravoslav Kilsəsinin xadimlərinə qarşı 60-dan çox cinayət işi açılıb.
Məlumata görə, həmin cinayət işlərindən 7-si üzrə məhkəmə araşdırması keçirilib və müvafiq hökmlər çıxarılıb.
Bu barədə məlumat verən Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) sözçüsü Artyom Dextyarenko bildirib ki, Rusiyanın xeyrinə casusluq fəaliyyəti ilə məşğul olan din xadimlərinə qarşı mübarizə davam etdiriləcək:
“Ukraynanın xüsusi xidmət orqanları digər hüquq-mühafizə qurumları ilə birlikdə Moskva Patriarxlığına bağlı olan Ukrayna Pravoslav Kilsəsinin rusiyayönümlü ruhanilərinin pozuculuq fəaliyyətinə qarşı miqyaslı tədbirlər həyata keçirməkdədir.
Bu çərçivədə din xadimlərinə qarşı 60-dan çox cinayət işi açılıb və həmin cinayət işlərindən 7-si üzrə məhkəmə araşdırması keçirilərək müvafiq hökmlər çıxarılıb. Tədbirlər 350 məbədi və 850 din xadimini əhatə edib”.
www.yenicag.az