Putinin sözləri yalançı MANEVRDİR? – "Faktlar sözlərdən yüksək səslə danışır"

media-hightechnic-468x90

“Sadəcə bəyanatla “sübut” vermək artıq müasir geosiyasətdə işlək mexanizm deyil”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

media-ac1ae6a5162808028937106744910739879-1

O, Rusiyanın Avropaya hücum niyyətinin olmadığını rəsmi şəkildə göstərə biləcək addımlar barədə fikirlərini səsləndirib.

Politoloq bildirib ki, “Avropaya hücuma hazırlaşmırıq” kimi bəyanatların rəsmi sübutu klassik mənada yalnız hərbi-siyasi sənədlər və real praktiki addımlarla mümkündür.

“Belə sübut ilk növbədə Rusiyanın strateji hərbi doktrinasında Avropaya qarşı hücum ssenarisinin açıq şəkildə istisna edilməsi ilə sənədləşdirilə bilər. İkinci əsas mexanizm qoşunların Avropa istiqamətindən geri çəkilməsi və bunun beynəlxalq müşahidəçilər tərəfindən təsdiqlənməsidir. ATƏT kimi qurumların iştirakı ilə inspektor missiyalarının keçirilməsi hüquqi sübut aləti sayıla bilər. Raket sistemlərinin Avropa sərhədləri yaxınlığından çıxarılması da faktiki sənəd rolunu oynayar.

Hərbi təlimlərin miqyasının azaldılması və ssenarilərindən hücum elementlərinin çıxarılması ayrıca qeydiyyata alınmalıdır. Bundan əlavə, Rusiya tərəfindən beynəlxalq silahlara nəzarət sazişlərinə qayıdış rəsmi etimad göstəricisi ola bilər. Ancaq problem ondadır ki, Moskva son illər bu sazişlərin əksəriyyətini ya dayandırıb, ya da faktiki pozub. Sadəcə bəyanatla “sübut” vermək artıq müasir geosiyasətdə işlək mexanizm deyil.

Qərb üçün əsas sübut kağız yox, hərbi davranış modelidir. Ukraynada davam edən müharibə fonunda Rusiyanın verdiyi hər hansı sülh mesajı avtomatik skeptisizmlə qarşılanır. Çünki faktlar sözlərdən daha yüksək səslə danışır. Rəsmi sənədləşdirmə yalnız real deeskalasiya addımları ilə inandırıcı ola bilər. Əks halda bu cür açıqlamalar daha çox taktiki informasiya manevri təsiri bağışlayır”, – deyə o bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Zirvə Toplantısından sonra keçirdiyi mətbuat konfransında “Rusiya Avropaya hücuma hazırlaşmır, bunu rəsmi olaraq sübut edə bilərik”, -deyib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa